Cəmiyyət

Masazırda mebel sexinin fəaliyyəti dayandırıldı - Video

17 Dec 2025, 11:09 1 baxış
Masazırda mebel sexinin fəaliyyəti dayandırıldı - Video

Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93" yaşayış kompleksində binanın zirzəmisində fəaliyyət göstərən mebel sexinin fəaliyyəti dayandırlıb.


Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.


Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin sexdə keçirdiyi yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.


Qeyd olunanları nəzərə alaraq, həmin sexin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.


Mənbə axar.az

Oxşar Xəbərlər