Cəmiyyət

Generalımız Tokioda mühüm tədbirdə - Foto

17 Dec 2025, 10:12 1 baxış
Generalımız Tokioda mühüm tədbirdə - Foto

Azərbaycan Yaponiyanın paytaxtı Tokioda Təbii Fəlakətlər Zamanı Risklərin Azaldılması üzrə Asiya Konfransında (ACDR-2025) iştirak edir.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin X səhifəsində paylaşım edilib.


"Tokioda 2025-ci il dekabrın 17-də rəsmi olaraq Təbii Fəlakətlər Zamanı Risklərin Azaldılması üzrə Asiya Konfransı işə başlayıb. Azərbaycan nümayəndə heyətinə Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov rəhbərlik edir", - paylaşımda qeyd olunub.


Xatırladaq ki, Tokioda 17-19 dekabr tarixlərində ACDR-2025 konfransı keçiriləcək. Konfransın mövzusu "Dayanıqlığın birgə yaradılması: meqa-fəlakətlərə hazır dayanıqlı cəmiyyətə doğru"dur.

Generalımız Tokioda mühüm tədbirdə - Foto
Mənbə axar.az

Oxşar Xəbərlər