Cəmiyyət

İşğaldan azad olunan bu ərazilərə köç karvanları yola salındı

17 Dec 2025, 09:15 1 baxış
İşğaldan azad olunan bu ərazilərə köç karvanları yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdam rayonunun Xıdırlı kəndinə köç karvanları yola salınıb.


Axar.az xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə 17 ailə (69 nəfər), Xocavəndin Hadrut qəsəbəsinə 6 ailə (26 nəfər), Qırmızı Bazar qəsəbəsinə 18 ailə (91 nəfər), Ağdamın Xıdırlı kəndinə isə 16 ailə (45 nəfər) yola salınıb.


Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Mənbə axar.az

Oxşar Xəbərlər