Cəmiyyət

Xocavəndə köçən Nabat İsgəndərova: "Hər zaman uzaqdan doğma yurduma baxıb, həsrətini çəkirdim"

17 Dec 2025, 07:05 1 baxış
Xocavəndə köçən Nabat İsgəndərova: "Hər zaman uzaqdan doğma yurduma baxıb, həsrətini çəkirdim"
"30 ildən sonra doğma yurduma qayıtdığımız üçün başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla şəhidlərimizə və qazilərimizə minnətdaram". Oxu. Az-ın məlumatına görə, bunu bu gün Xocavənd rayonuna köçən Nabat İsgəndərova deyib. O bildirib ki, uzun illərdir ki, doğma yurdunun həsrəti ilə yaşayıb: "Şəhidlərimizin ailələrinə, qazilərimizə təşəkkür edirəm, onların qarşısında baş əyirəm. Hər zaman uzaqdan doğma yurduna baxıb, həsrətini çəkirdim. Bu günü biz Prezidentimizə, onun fəaliyyətinə, daxili və xarici siyasətinə borcluyuq. Çox şükür Allaha. Bütün keçmiş məcburi köçkünlərin gözləri aydın olsun. Bu günləri çox həsrətlə gözləyirdik". Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər