Cəmiyyət

Qırmızı Bazara köçən Alvita İsmayılova: "Çox pis vəziyyətdə gəlmişdik, bu gün isə gülə-gülə qayıdırıq"

17 Dec 2025, 07:14 1 baxış
Qırmızı Bazara köçən Alvita İsmayılova: "Çox pis vəziyyətdə gəlmişdik, bu gün isə gülə-gülə qayıdırıq"
"Doğma yurd-yuvamızdan çox pis vəziyyətdə gəlmişdik, amma bu gün gülə-gülə qayıdırıq" . Oxu. Az-ın məlumatına görə, bunu bu gün növbəti köç karvanı ilə Qırmızı Bazar qəsəbəsinə köçən Alvita İsmayılova deyib. O bildirib ki, Xocavənd rayonundan məcburi köçkün düşüb: "O vaxt 5 nəfərlik ailə üzvümüzlə birlikdə məcburi köçkün düşmüşdüm. Yenə də 5 nəfər qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Prezidentimizin səyləri nəticəsində doğma elimizə qayıdırıq. Bundan böyük xoşbəxtlik ola bilməz". Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər