Cəmiyyət

Camal Adıgözəlov: "Məcburi köçkün düşəndə 37 yaşım var idi, 70 yaşında yurduma qayıdıram"

17 Dec 2025, 07:37 1 baxış
Camal Adıgözəlov: "Məcburi köçkün düşəndə 37 yaşım var idi, 70 yaşında yurduma qayıdıram"
"Məcburi köçkün düşəndə 37 yaşım var idi, 70 yaşında yenidən doğma yurduma qayıdıram". Oxu.Az-ın məlumatına görə, bunu Laçın rayonuna köçən keçmiş məcburi köçkün Camal Adıgözəlov deyib. O bildirib ki, doğma yurduna böyük sevinclə qayıdır: "Bu günə şükür. Çox səbrsizliklə gözləyirdik bu günü. Allah Prezidentimizin canını sağ eləsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Şəhidlərimizin ruhu və qazilərin qarşısında baş əyirəm. Onların sayəsində biz əmin-amanlıqla öz evimizə qayıdırıq". Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər