Cəmiyyət
Doğma yurduna qayıdan Famil İsmayılov: "Gözlərimə inanmıram ki, bu gün abad Laçına köçürəm"
"Gözlərimə inanmıram ki, bu gün abad Laçına köçürəm. Bundan böyük xoşbəxtlik yoxdur". Oxu.Az-ın məlumatına görə, bunu dekabrın 17-də növbəti köç karvanı ilə Laçın rayonuna qayıdan Famil İsmayılov deyib. O, buna görə Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib: "Cənab Prezidentə və onun xanımına təşəkkür edirəm. Bu günü bizə yaşatdıqları üçün şəhidlərimizə, qazilərimizə minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin, şəhid analarına səbr versin, Prezidentimizə və qazilərimizə can sağlığı arzulayıram". Samir Əli
Mənbə
oxu.az
Oxşar Xəbərlər