Cəmiyyət

Sürücüləri təhlükəyə salan çuxurlar - Problem nə vaxt həllini tapacaq?

16 Dec 2025, 23:24 1 baxış
Sürücüləri təhlükəyə salan çuxurlar - Problem nə vaxt həllini tapacaq?
Abşeron rayonu, Novxanı qəsəbəsi, Heydər Əliyev küçəsində yaranan çuxur sürücülər üçün təhlükə yaradır. Vətəndaşlar məsələ ilə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər. "Burada telefon xətti çəkirdilər. Buna görə hər kilometrdən bir çuxurlar qazıblar. Gün ərzində ən azı üç maşın buraya düşür", - şikayətçilərdən biri söyləyib. Problemlə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələdən məlumatlıdırlar və yolun bərpası istiqamətində aidiyyəti üzrə müraciət olunub: "Yaxın günlərdə problem həllini tapacaq". Daha ətraflı Baku TV-nin videomaterialında:
Mənbə oxu.az

Oxşar Xəbərlər