Siyasət

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi endirildi

14 Dec 2025, 00:42 1 baxış
Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi endirildi
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Bununla bağlı mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. "Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", məlumatda deyilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər