Mədəniyyət
Dünya çartında Azərbaycan musiqisi səsləndirən Teymur Nadir: "Bu gün Qara Qarayevi tanımırlarsa, rok musiqisi nəyə və kimə lazımdır?"
"Coldünya" sözü iki mədəniyyətin birləşməsini simvolizə edir. Biz, ölkə olaraq, Asiya və Avropanın qovuşmasındayıq. Bu, həm mədəniyyətə aiddir, həm də şüurumuza. Ona görə də "Cold" sözü Avropanın soyuqqanlı, praqmatik düşüncə tərzini simvolizə edən bir söz kimi seçilmişdi. Mən Avropada uzun müddət yaşayanda bunu həm gördüm, həm də özümlə müqayisə etdim və düşündüm ki, cavanlıqda seçdiyim söz düz imiş. Avropalılar çox soyuqqanlı və praqmatik insanlar olurlar. "Dünya" sözü isə sadəcə planeti bildirmir - emosionallıq, insanların etiraz səsi, daxili hisslərini ifadə edən bir anlayışdır. O ki qaldı rusların "koldunya" sözünə oxşarlıq, inanın, bu, heç 15-ci mənada da deyildi. Bilirsiniz ki, biz sovet dövründə böyüyən və rusdilli uşaqlarıq. Bu söz oyununda özəl bir söz əmələ gətirməyə çalışmışdıq ki, tamamilə başqa bir məna daşısın - həm musiqi, həm məna, həm də mədəniyyət baxımından". Bunu Oxu.Az-a videomüsahibəsində 1992-ci ildə Bakıda yaradılan "Coldünya" rok qrupunun müəllifi və vokalisti Teymur Nadir deyib.
- Teymur müəllim, qrup necə yarandı? Niyə belə bir fikrə gəldiniz? - Çox maraqlı vaxtlar idi (söhbət 1990-cı illərdən gedir - red.). Söhbət əlbəttə ki, yalnız zəmanədən yox, həm də musiqidən də gedir. Mən uşaqlıqdan musiqiyə meyl göstərmişəm. O zaman cavan bir oğlan kimi mən də düşünürdüm ki, öz etiraz səsimi qaldırım və onu necəsə bədii yolla ifadə edim. Onda biz "The Beatles", "The Rolling Stones", "Led Zeppelin" və adlarını çəkmədiyim digər qrupların fanatları idik. İstəyirdik ki, Azərbaycanda buna oxşar bir üslub olsun. Amma ingilis dilində yox, məhz azərbaycanca, Azərbaycan ladlarının üzərində qurulan rok üslubunda bir musiqi yaransın. Düzdür, o vaxt biz bilmirdik ki, 1960-70-ci illərdə bizdə rok ifa edən qruplar olub. Məsələn, 70-ci illərin əvvəlində Oqtay Kazımovun"Eksperiment OK" qrupu yaradılmışdı, çox maraqlı və dərin musiqiyə sahib bir qrup olub. Sonra bir çox digər qruplar da yaranmışdı. Onların arasından Rasim Müzəffərlinin yaratdığı "Ozan" qrupu 80-ci illərdə daha populyar olmuşdu.
Yəni hələ sovet dövründə, Azərbaycan dilində və Azərbaycanın musiqi ladları üzərində formalaşmış belə bir üslub artıq mövcud imiş. Biz isə bunu bilmirdik və yaxşı ki də bilmirdik. (gülür) Çünki bilsəydik, bəlkə də fəaliyyətimiz bir ilin içində bitərdi. Biz düşünürdük ki, Azərbaycan simfonik musiqisinin böyük tarixi var - Üzeyir bəy, Fikrət Əmirov, Qara Qarayev, Cahangir Cahangirov və s. Onların əsərləri, musiqi ənənəsi üzərində elə bir üslub yaradaq ki, rok musiqisinin ən proqressiv elementləri ilə üst-üstə gəlsin. Mən 1979-cu ildən beş il musiqi təhsili almışam... - Hansı alətdə? - Fortepiano. Sonra, səhv etmirəmsə, 1985-86-cı illərdə gitara ilə məşğul olmağa başladım və artıq müəyyən anlayışım var idi. Səs quruluşu nədir, harmoniya nədir, polifoniya nədir, kontrapunkt nədir - bunları bilirdim. Demək olar ki, həmin vaxtlar mən musiqi ilə yaşayırdım, feyzyab olurdum və ona görə istəyirdim ki, belə bir eksperiment edək, görək, rok musiqisi ilə Azərbaycan simfonik musiqisinin birləşməsindən nə əmələ gələ bilər? Beləcə, biz 1992-ci ildə başladıq bunun üzərində işləməyə və "Coldünya" adı da məhz həmin il yarandı. 1994-cu ildə ən məşhur mahnılarımızdan biri olan "Sehrbaz" mahnımız artıq hazır idi, orada Azərbaycan simfonik musiqisində olan harmoniyalardan, bəstəkarlarımızın ideyalarından istifadə etmişik. Məncə, pis alınmadı. Birinci eksperiment üçün çox uğurlu oldu. Adətən, deyirlər, birinci eksperimentlər yaxşı alınmır, amma bizdə alındı. Nəinki alındı, hətta xaricdə də səsləndi. Onda dərk etdik ki, bu, bizim yolumuzdur və gərək Azərbaycan musiqisini bu yolla nümayiş etdirək. Bilmirəm, nə qədər uğurlu saymaq olar, amma məncə bu, özəl bir yol olub. Ən əsası da elə budur - özəl bir yol olub. - Həmin mahnı Britaniya radiostansiyası BBC-də, ilk onluqda, iki həftədən çox yeddinci yerdə qərarlaşıb... - Bəli. - Həm də Azərbaycan dilində. -Elədir. - Mahnı necə gedib çıxdı ora? O dövrdə internet də, əlaqələr də bugünkü kimi deyildi. Necə oldu ki, bu "Günəş doğdu"?
- Həmin illərdə BBC-də əcnəbi mahnıların ilk onluğu hazırlanırdı. Bu siyahıda ingilis dilində olmayan mahnılar yer alırdı. Orada Rammstein, Mylene Farmer, müxtəlif fransız və holland qrupları, yəni ingilis dilində oxumayanlar öz mahnılarını təqdim edirdilər. Bizimlə bağlı isə belə bir maraqlı məsələ olmuşdu: 1996-cı ilin may ayında Bakıya İrlandiyanın bir musiqi qrupu gəlmişdi. Onların musiqi prodüseri və meneceri olan şəxslə tanış oldum, danışdım və ona öz musiqi yazılarımızı verdim. Ayrıca da dedim ki, bizim musiqimiz ingilis dilində olmamalıdır, çünki bu, bizim şərtimizdir. Biz azərbaycanlıyıq və gənc bir respublika olaraq öz rok qrupumuzu, öz üslubumuzu məhz Azərbaycan dilində dünyaya göstərmək istəyirik. Həmin şəxs alboma (səs yazısına-red.) Bakıda qulaq asdı və dedi ki, bu, çox maraqlı musiqidir, bizdə belə bir üslub yoxdur, formatı çox maraqlıdır, bunu mütləq Londonda təqdim edərəm. Eyni zamanda həmin vaxt Bakıda Famil İsmayılov adlı bir jurnalist də fəaliyyət göstərirdi. O, 90-cı illərin tanınmış jurnalistlərindən idi və həmin vaxt BBC-də işləyirdi. İş elə gətirdi ki, həmin səs yazısı, yəni albom onun əlinə düşdü. O da həm bir BBC əməkdaşı, həm azərbaycanlı kimi albomu Londonda göstərmişdi. Tarixçə belədir. Məncə, məsələ aydındır - əgər musiqi maraqlıdırsa, onda onun yolu açılır. - "Sehrbaz" sizə məşhurluq gətirdi, bəs qazanc necə? - Çox provokativ sualdır (gülür). Siz cavabını bilirsiniz, gəlin, bu məsələyə bir az… - Düzü bilmirəm. - Aydın məsələdir, biz 90-cı illərdən danışırıq. Yox, əlbəttə ki, gətirmədi. (gülür) - 2010-cu ildə "Kəpənək" yazdınız və solo ifa etmək qərarını verdiniz… - Yox, yox... Bir mahnı ilə solo fəaliyyətə başlamırlar. Düzdür, siz tamamilə düz söylədiniz ki, mən bir cəhd göstərdim ki, solo fəaliyyətimə başlayım və "Kəpənək"dən əlavə "Bir anlıq uçuş" adlı bir mahnım da var idi. Dostum Rasim Müzəffərli çox gözəl sözlər yazmışdı və mən mahnı bəstələmişdim. Ona klip də çəkildi, amma bununla da məsələ bitdi. Biz davam etmədik. Fikirləşdim ki, "Coldünya" qrup kimi daha çox şeyə qadirdir, nəinki Teymur Nadirin solo albomu. Məncə, insanlar Teymur Nadiri gözləmirdilər, bunu sizə 100 faiz əminliklə deyirəm, əgər insanlar nəsə gözləyirdilərsə, o "Coldünya" idi, mən deyildim.
- Teymur müəllim, "Coldünya", "Yuxu" qrupu var idi… - Var idi, olub və olacaq. - 80-ci illərin axırı və 90-cı illərin əvvəlində Azərbaycanda bir rok sevgisi yaranmışdı. Hətta o dövrü rokun "intibah dövrü"də adlandırırlar. Niyə dağıldı, niyə çökdü sizcə, bu qruplar? Hansı səbəbdən davam edə bilmədik? - Mədəniyyətdə yeniliklər siyasətdən başlayır. Mən istəməzdim çox dərinə toxunum. Amma əslində rok musiqisinin əsas funksiyası cəmiyyətdədir. Düzdür, mənim üçün bu məsələ işləmir, çünki hesab edirəm, musiqiçi elə musiqiçi olaraq qalmalıdır. Baxmayaraq ki, sən rokçusan, xalq musiqiçisisən, akademistsən - fərqi yoxdur, sən musiqiçisən. Amma o dövrdə insanlar cəmiyyətin içində özlərini dəyişdirmək istəyirdilər və rok musiqi buna bir güzgü kimi reaksiya verirdi... - Belə çıxır, güzgü tez sındı...
- Bu güzgü bir günlükdür. Belə deyək, bu güzgüyə ancaq bir gün, maksimum iki gün baxmaq olar. Məncə bu, böyük bir illüziyadır. Rok musiqisi hazırda Azərbaycan cəmiyyəti üçün ancaq müasir mədəniyyətin bir hissəsidir. Artıq heç bir etiraz səsinə malik olmayan bir mədəniyyətdir, çünki artıq o dövrlər keçib. Bu gün rok pop-musiqiyə aid bir üslubdur: İnsanlar qulaq asırlar, şirkətlər pul qazanırlar - vəssalam, bitdi. - 2004-cü ildə ölkəni tərk etmək qərarına gəldiniz, Azərbaycandan getdiniz. - Hə, bəli, olub elə bir şey. - Və bu günə kimi də Azərbaycanda deyilsiniz. - Mən Azərbaycana tez-tez gəlirəm. Amma bir qonaq kimi gəlirəm. Azərbaycan mənim vətənimdir və bunu heç cür dəyişdirmək mümkün deyil. Düşünürəm ki, sərbəst və azad insan üçün bütün dünya vətəndir və sənət adamı üçün sərhəd olmamalıdır. - Küsüb getmişdiniz? - Yox, mənim canımda küsmək məsələsi yoxdur. Bu baxımdan çox xoşbəxt insanam. Məndə bağışlamaq tərzi daha böyükdür, yaxud lazım olmayan insanlara fikir verməmək hissi küsməkdən daha böyükdür. - Sadəcə maraqlıdır ki, niyə bu yol davam etmədi? Uğur niyə qırıldı? Düzdür, dediniz ki, cəmiyyət bunu istəmir - başa düşdüm, amma… - Əzizə xanım, çünki bu, Azərbaycanda lazım deyil. Mən bunu qürbətdə olanda tamamilə dərk etdim. Yəni düşünürəm ki, Azərbaycana, ümumiyyətlə, rok musiqisi lazım deyil. Demirəm ki, bu pisdir, əksinə, əladır, amma Azərbaycana lazım deyil... - Səbəb? - Çünki bizim psixotipimiz başqadır. - Muğam üstündəyik?
- Nəinki muğam, cazı da Azərbaycanda sevirlər. Bizim gen kodumuzda etiraz yoxdur və olmamalıdır. Bu, siyasətdən, tarixdən gəlir. Yəni rok musiqisi sərt, mürəkkəb və qəliz bir üslubdur. Tutalım söhbət heç rokdan da getmir. Üzr istəyirəm, bu gün Qara Qarayevin simfonik konsertləri, 3-cü simli konsert və s. kimə lazımdır? Müasir Azərbaycanda kim onu yaşadır? Düzdür, musiqiçilər yaşadırlar. Ayda-ildə bir dəfə konservatoriyada ya da haradasa kiçik zallarda bəlkə konsert verirlər, bəlkə də vermirlər, bilmirəm. Amma Qara Qarayev Azərbaycan musiqisinin ən parlaq nümayəndələrindən biridir. Mənimlə razısız ya yox? Qara Qarayev kimə lazımdır hal-hazırda? Cəmiyyətdən söhbət gedir. Məncə heç kimə. Təəssüflər olsun. - "Kimə lazımdır?" deyəndə nəyi nəzərdə tutursunuz? Qara Qarayev təbii ki, toylarda ifa oluna bilməz… - Yox, yox… Belə kobud müqayisə eləmək lazım deyil. Söhbət mənadan gedir. Yəni əgər Azərbaycanın ən böyük bəstəkarlardan biri Qara Qarayevi "Yeddi gözəl"in, ya da "İldırımlı yollarla" baletinin müəllifi kimi Azərbaycanda hamı tanımırsa - mən kütləni nəzərdə tuturam - onda sual yaranır, rok musiqisi niyə və kimə lazımdır? - Mən sadəcə razılaşa bilmirəm ki, Qara Qarayevi tanımırlar və sevmirlər… - Siz tanıyırsınız, mən tanıyıram, uşaqlar tanıyırlar… Gəlin, sorğu keçirək… Söhbət ondan gedir ki, kütlə mədəniyyəti artıq xalqın beynindədir və məncə, bu prosesi dəyişdirmək olmaz.
- Bəs hal-hazırda olduğunuz, yaşadığınız, regionla, ölkə ilə müqayisə eləyəndə bir musiqiçi kimi fərqi nədə görürsünüz cəmiyyətdə? - Heç nədə. - Əgər musiqi olmasaydı, sizcə, həyatınız hansı istiqamətdə gedərdi, nə işlə məşğul olardınız? - Moskvada bir bazar var, "Doroqomilovskiy" bazarı, orada pomidor satardım… (gülür) - Bazar adamı olardınız yəni... - Əlbəttə ki... Oxşamıram məgər? (gülür) - Niyə elə düşünürsünüz? - Çünki onlar xoşbəxt insandırlar. Onların suallardan çox cavabları var. Sənətçi olmaq isə başqa şeydir - sual çoxdur, cavab isə… O cavabı da sən tapana kimi özün tamamilə dəyişirsən. Bilirsiniz, bu, bir yoldur - çox böyük və həm də çox maraqlı bir yol. - Yolunuz açıq olsun. - Çox sağ olun. Sizin də.
Əzizə İsmayılova Video: Əqdəm Qasımov

Mənbə
oxu.az
Oxşar Xəbərlər