Mədəniyyət

Xalq artisti Akif İslamzadənin VƏZİYYƏTİ AÇIQLANDI

12 May 2026, 11:02 1 baxış
Xalq artisti Akif İslamzadənin VƏZİYYƏTİ AÇIQLANDI
"Xalq artisti Akif İslamzadənin vəziyyəti ağır stabil olaraq qalır". Bu məlumatı Oxu.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirilib. "Xəstənin vəziyyətində müsbət dinamika müşahidə edilir. Huşu aydındır. Dərmanların fonunda təzyiqi normal saxlanılır. Miokard infarktı diaqnozu ilə müalicəsi davam etdirilir", - deyə həkim bildirib. Xatırladaq ki, 77 yaşlı Xalq artisti Akif İslamzadə infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib. O, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində müalicə alır.
Mənbə oxu.az

Oxşar Xəbərlər