Siyasət
Müasir Azərbaycanın banisi - Ölkəmiz ulu öndərin miras qoyduğu təməllər üzərində yüksəlir
Ulu öndərin vəfatından 22 il ötsə də, onun müəllifi olduğu ideyalar Heydər Əliyev fenomeninin həm xalqımızın qəlbində, həm də dünya tarixində əbədiyaşarlığının təzahürdür. Ümummilli liderin zəngin irsi xalqımızın ən böyük mənəvi-siyasi sərvətlərindən biridir. Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir: - Azərbaycanın ən yeni tarixi taleyüklü proseslərlə, enişli-yoxuşlu yollarla, çoxsaylı nailiyyətlərlə, inkişafın özünəməxsus modelinin formalaşması ilə xarakterizə olunur. Bütün bunların mərkəzində isə ulu öndər Heydər Əliyev, onun müstəsna xidmətləri dayanır. Məhz ümummilli liderin siyasi irsi, dövlətçilik fəlsəfəsi və milli maraqlara söykənən fəaliyyəti sayəsində Azərbaycan həm çətin sınaqlardan uğurla keçməyi bacardı, həm də böyük müvəffəqiyyətlərin müəllifinə çevrildi.
Tarixi xilaskarlıq missiyası Ulu öndər ölkəmizə fərqli ictimai-siyasi formasiyalarda rəhbərlik etsə də, onun fəaliyyətinin mərkəzində hər zaman Azərbaycan xalqının və dövlətinin intibahı, layiq olduğu qiyməti alması dayanıb. Elə bu səbəbdəndir ki, hətta sovetlər dönəmində belə Heydər Əliyevin liderliyi ilə Azərbaycan cəmiyyətinin tərəqqisində, milli məfkurəsinin öz tarixi kökləri üzərində formalaşmasında tamamilə yeni bir mərhələ başlanıb. Qeyd edilən kontekstdə ötən əsrin 70-80-ci illərində Azərbaycan keçmiş SSRİ-də ən qabaqcıl ölkələrdən birinə, aqrar təsərrüfat ölkəsindən nəhəng sənaye mərkəzinə çevrildi. Bu dövrdə ümummilli liderin ən böyük xidmətlərindən biri xalqımızın milli özünüdərk prosesi, azad, müstəqil dövlət qurmaq niyyətinin formalaşması istiqamətində məqsədyönlü fəaliyyəti oldu. Məhz bu fəaliyyət sovet ideologiyasının milli kimliyə mənfi təsirlərini uğurla sovuşdurdu. Bütün bunların bəhrəsini Azərbaycan 1990-cı illərin əvvəlində gördü, müstəqilliyini bərpa edərək, imperiya əsarətinə son qoydu.
Dövlətçilik xilas edildi Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşmasından sonra cəsarətlənən və Qarabağa iddialarını gündəmə gətirən ermənilərin Azərbaycan ərazilərini işğal etməsi vəziyyəti daha da ağırlaşdırırdı. Müstəqilliyin havasını yenicə ciyərlərinə çəkən xalqımız bu əvəzsiz neməti itirmək təhlükəsini yaşayırdı, Azərbaycan adlı məmləkətin parçalanması prosesinin başladılması, vətəndaş müharibəsi üçün zəmin formalaşdırılması ölkəmizin adının tarixdən silinməsi təhdidini yaradırdı. Belə çətin, mürəkkəb durumda xalq nicat yolunu Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasında, onun öncüllüyü ilə düşdüyü bəlalardan xilas olmaqda gördü. Xalqın çağırışına səs verən ulu öndər Naxçıvandan Bakıya gələrək xilaskarlıq missiyasına başladı. Məhz onun liderliyi ilə Azərbaycan real müstəqilliyinə qovuşdu, dövlətçilik qorundu.
Sabitlik, tərəqqi, heyrətamiz nailiyyətlər Qayıdışının ilk günlərindən ölkədə sabitlik yaratmağı, milli birliyi təmin etməyi əsas prioritet kimi müəyyənləşdirən ümummilli liderin qətiyyəti sayəsində Azərbaycan vətəndaş müharibəsi, parçalanma təhlükəsindən qurtuldu, sabitlik bərqərar edildi, hüquqi dövlət və demokratik cəmiyyətin formalaşması üçün ardıcıl islahatlara start verildi. Onun rəhbərliyi ilə qəbul olunmuş konstitusiya dövlət idarəçiliyinin modern əsaslarını yaratdı və ölkənin gələcək inkişafının hüquqi təməlinə çevrildi. Demokratik tələblər çərçivəsində idarəetmə mexanizmləri quruldu, müvafiq institutlar, dövlətçiliyin ideoloji bazası - azərbaycançılıq məfkurəsi formalaşdırıldı.
Ötən əsrin son dekadasının ağır iqtisadi böhranı fonunda ulu öndər ölkənin gələcəyini enerji strategiyası üzərində qurdu. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ölkəmizin təkcə iqtisadi taleyini dəyişmədi, ölkənin sarsılmaz inkişaf dayaqlarının əsaslarını yaratdı, dünyanın demək olar ki, bütün aparıcı dövlətlərinin diqqətini Azərbaycan üzərində cəmləşdirdi.
Məhz sözügedən müqavilə sayəsində Azərbaycanın beynəlxalq iqtisadi inteqrasiyasına, ölkəyə xarici sərmayələrin cəlbinə və dövlətin maliyyə dayanıqlığının təmin edilməsinə möhkəm zəmin formalaşdı. Ulu öndərin həyata keçirdiyi balanslaşdırılmış və çoxşaxəli xarici siyasət ölkəni xarici təsir və təzyiqlərdən xilas etdi, Azərbaycan beynəlxalq münasibətlər sisteminə müstəqil və nüfuzlu aktor kimi daxil oldu.
Bütün bunlar Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin də Azərbaycanın lehinə dəyişməsini şərtləndirdi. Ermənistanın həm döyüş, həm də diplomatiya müstəvisində məğlubiyyətlər seriyası başladı, diaspor və lobbi qüvvələri, hamiləri də ağır zərbələr aldılar.
Heydər Əliyevin ideyaları Bu gün də Azərbaycanın əldə etdiyi nailiyyətlər məhz ulu öndərin miras qoyduğu möhkəm təməllər üzərində yüksəlir. Ölkədə davam edən siyasi sabitlik, iqtisadi inkişaf, güclü ordu, beynəlxalq aləmdə artan nüfuz, strateji layihələrin uğurla həyata keçirilməsi onun müəyyən etdiyi inkişaf modelinin nəticəsidir. Bu modeli müasir dövrün tələblərinə uyğun olan yeni çalarlarla daha da zənginləşdirən, Heydər Əliyev yolunu layiqincə davam etdirən Prezident İlham Əliyev ulu öndərin ideyalarına söykənərək, Azərbaycanın adını daha uca zirvələrə həkk etdirir. Məhz Heydər Əliyev yoluna sadiqlik 44 günlük Vətən Müharibəsində şanlı Zəfərin əldə olunmasının, 2023-cü ildə bütün ərazilərimiz üzərində suverenliyin təmin edilməsinin təməl daşıdır.
İşğaldan azad edilən ərazilərin xarabalıqdan çiçəklənən məkana çevrilməsinin, Böyük Qayıdış prosesin uğurla reallaşmasının əsasında da yenə Heydər Əliyev ideyaları dayanır. Ulu öndərin vəfatından 22 il ötsə də, onun müəllifi olduğu ideyalar Heydər Əliyev fenomeninin həm xalqımızın qəlbində, həm də dünya tarixində əbədiyaşarlığının təzahürdür. Ümummilli liderin zəngin irsi xalqımızın ən böyük mənəvi-siyasi sərvətlərindən biridir.
Azərbaycan bundan sonra da ulu öndərin müəyyən etdiyi strateji xətt, onun ideyaları üzərində qurulan milli dövlətçilik, inkişaf konsepsiyası əsasında əldə etdiyi nailiyyətlərlə cahan tarixinin ən qüdrətli ölkələrindən biri ünvanını daşımaqda davam edəcək.

Mənbə
oxu.az
Oxşar Xəbərlər