Kriminal

Kriminal aləmi təbliğ edən Sabirabad sakini cərimələndi

12 Dec 2025, 15:30 1 baxış
Kriminal aləmi təbliğ edən Sabirabad sakini cərimələndi
Sabirabad sakini kriminal aləmi təbliğ edən paylaşımlarına görə cərimələnib. Oxu.Az xəbər verir ki, rayonun Qalağayın kənd sakini sosial şəbəkələrdə kriminal aləmi təbliğ edən foto və videolar paylaşıb. Buna görə polis əməkdaşları onun ünvanına gedərkən kənddə rastlaşıblar. Polis təqsirləndirilən şəxsi şöbəyə dəvət etsə də, o, qanuni tələbə məhəl qoymayıb. Şöbəyə aparılan Sabirabad sakini barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunub. Sabirabad Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 100 manat məbləğində cərimələnib. Rəşid Qarayev
Mənbə oxu.az

Oxşar Xəbərlər