Kriminal
Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü
Sumqayıtda 25 yaşlı qadın ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Hacı Zeynəlabdin qəsəbəsində baş verib. Yaşadığı evdə qəsəbə sakini, 2001-ci il təvəllüdlü Fəxriyyə Zaur qızı Məmmədovanın halı qəfil pisləşib. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Mənbə
oxu.az