Siyasət
Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı sazişə qoşulur
Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı beynəlxalq sazişə qoşulur. Oxu.Az xəbər verir ki, bununla bağlı layihə Milli Məclisin dekabrın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilib. İclasda "Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş"ə qoşulmaq barədə qanun layihəsi müzakirəyə çıxarılaraq səsə qoyulacaq.
Mənbə
oxu.az
Oxşar Xəbərlər