Siyasət
Metronun "İçərişəhər" stansiyasının yaxınlığındakı parklanmanın bağlanma SƏBƏBİ BİLİNDİ
Bakı şəhəri, Səbail rayonu, metronun "İçərişəhər" stansiyasının yaxınlığındakı - Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının qarşısında yerləşən parklanma zonasına girişin məhdudlaşdırılmasının səbəbi məlum olub. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat verib. Qurumdan bildirilib ki, hazırda Bakı metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində "İçərişəhər" stansiyasında dönmə kamerasının inşasına hazırlıq işləri görülür: "İşlərə başlandığı zaman ictimaiyyətə məlumat təqdim ediləcək".
{{gallery}} Aygün Mirakif
{{gallery}} Aygün Mirakif
Mənbə
oxu.az
Oxşar Xəbərlər