Kriminal

"Meydan TV" işi ilə bağlı həbs edilən şəxslərin məhkəməsi başlayıb

12 Dec 2025, 14:52 1 baxış
"Meydan TV" işi ilə bağlı həbs edilən şəxslərin məhkəməsi başlayıb
"Meydan TV" işi üzrə məhkəmə başlayıb. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən ilk iclasda iş üzrə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilənlərin ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəflərinin vəsatətləri olsa da, məhkəmə bunu əsassız sayaraq onlar barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən işin məhkəmə baxışına verilməsi ilə bağlı qərar elan edilib. Növbəti proses dekabrın 22-nə təyin edilib. Qeyd edək ki, ötən ilin dekabr ayında "Meydan TV" işi üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb. Onların barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu ilin fevral ayında iş üzrə Arqument.az saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunub. Mart ayında Jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan seçilib. Avqust ayında isə foto-müxbir Əhməd Muxtar saxlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər