Kriminal

Ucarda canavarlar kəndə hücum ediblər

12 Dec 2025, 14:54 1 baxış
Ucarda canavarlar kəndə hücum ediblər
Ucarda vəhşi heyvanlar kəndə hücum ediblər. Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə gündüz saatlarında rayonun Alpout kəndində baş verib. Kənd sakini Şamil Hüseynovun fərdi təsərrüfatına sürü halında hücum edən canavarlar altı baş qoyunu parçalayıblar. Ev sahibinin dediyinə görə, ona təxminən 2 500 manat maddi ziyan dəyib. Sakinlər bu cür halların son vaxtlar tez-tez baş verdiyini, qarşısını ala bilmədiklərini bildiriblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər