Kriminal

Qazaxıstanda körpələri satan mütəşəkkil cinayətkar dəstə aşkarlandı

12 Dec 2025, 12:26 1 baxış
Qazaxıstanda körpələri satan mütəşəkkil cinayətkar dəstə aşkarlandı
Qazaxıstan hüquq-mühafizə orqanları yeni doğulmuş körpələrin ticarəti ilə məşğul olmaqda şübhəli bilinən cinayətkar qrup aşkarlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Qurumdan verilən məlumata görə, təşkilatçılar gənc qadınların çətin vəziyyətindən sui-istifadə edərək onları uşaqlarını müəyyən ödəniş müqabilində üçüncü tərəflərə təhvil verməyə məcbur ediblər. Daxili İşlər Nazirliyi qrupun bütün üzvlərinin saxlanıldığını qeyd edib. Araşdırma çərçivəsində 20-dən çox cinayət işi açılıb. Şübhəliləri əmlakları müsadirə olunmaqla 18 ilədək həbs cəzası gözləyir.
Mənbə oxu.az

Oxşar Xəbərlər