Siyasət
Azərbaycanın Baş naziri: "Bakı Türkmənistanın Neytrallıq Universitetinin yaradılması təşəbbüsünü dəstəkləyir"
"Azərbaycan Türkmənistanın BMT-nin himayəsi altında Neytrallıq Universitetinin yaradılması təşəbbüsünü dəstəkləyir". Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistanın neytrallığının 30 illiyinə həsr olunmuş "Beynəlxalq sülh və etimad forumu"nda çıxışı zamanı bildirib. "Türkmənistanda BMT-nin himayəsi altında Neytrallıq Universiteti yaradılır. Azərbaycan Respublikası Türkmənistanın onun yaradılması üzrə təşəbbüsünü yüksək qiymətləndirir və universitetin fəaliyyətində fəal şəkildə iştirak etməyə hazır olduğunu ifadə edir", - deyə Əsədov bildirib. Baş nazir vurğulayıb ki, Azərbaycan BMT-də Türkmənistan tərəfindən irəli sürülən neytrallıqla bağlı qətnamələri ardıcıl olaraq dəstəkləyib və "Beynəlxalq sülh və etimad ili - 2025" qətnaməsinə həmmüəllif kimi qoşulub. "Biz qardaş Türkmənistanın bu təşəbbüslərini qlobal sülh və təhlükəsizlik arxitekturasına mühüm töhfə kimi nəzərdən keçiririk", - deyə hökumət başçısı vurğulayıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər