Kriminal

Bakı iki avtomobil qaz borusuna çırpıldı: Yanğın başladı - Foto

12 Dec 2025, 01:20 1 baxış
Bakı iki avtomobil qaz borusuna çırpıldı: Yanğın başladı - Foto

Nizami rayonu Bəkir Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az Oxu.az-a istinadən xəbər verir ki, qəza gecə saatlarında qeydə alınıb.


Belə ki, iki avtomobil toqquşaraq qaz borusuna çırpılıb. Toqquşma nəticəsində "Porşe Panamera" markalı avtomobil aşıb. Qəza nəticəsində yanğın başlayıb.


Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.


Hadisə yerindən görüntüləri təqdim edirik:

Mənbə axar.az

Oxşar Xəbərlər