Kriminal

Kəlbəcərdə dağkeçilərinin tələf olmasının səbəbi bilindi

11 Dec 2025, 13:34 1 baxış
Kəlbəcərdə dağkeçilərinin tələf olmasının səbəbi bilindi
Sosial şəbəkələrdə Kəlbəcər rayonunda qayalıq ərazidə dağkeçilərinin tələf olması ilə bağlı görüntülər paylaşılıb. Görüntülərdə dağkeçilərindən birinin elektrik dirəyində, digərlərinin isə yerdə öldüyü görünür. Oxu.Az-ın əldə etdiyi məlumata görə, görüntülərlə bağlı ərazidə aidiyyəti qurumlar araşdırmalara başlayıb. Hadisə ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılıb, əraziyə ilkin baxış keçirilib. Baxış zamanı heyvan qalıqlarında hər hansı bir ov izi aşkarlanmayıb.

İlkin ehtimala görə, heyvanlar qayalıqdan yıxılaraq xəsarət alıb və tələf olublar. Daha bir dağkeçisi isə qayalıqdan tullanarkən ərazidən keçən yüksəkgərginlikli elektrik xəttinə toxunaraq, cərəyanvurma nəticəsində ölüb. Samir Əli
Kəlbəcərdə dağkeçilərinin tələf olmasının səbəbi bilindi
Mənbə oxu.az

Oxşar Xəbərlər