Kriminal

Yasamalda "Porsche" ilə avtoxuliqanlıq edən sürücü həbs edilib

11 Dec 2025, 11:30 1 baxış
Yasamalda "Porsche" ilə avtoxuliqanlıq edən sürücü həbs edilib
Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "Porsche markalı 90-OK-400 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Abas Əmirov saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü A.Əmirovun nəqliyyat vasitəsini idarəetmə hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.
Yasamalda "Porsche" ilə avtoxuliqanlıq edən sürücü həbs edilib
Mənbə oxu.az

Oxşar Xəbərlər