Kriminal
Bakıda iki maşın toqquşdu - Sürücünün xilasedilmə GÖRÜNTÜLƏRİ
Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes-Benz" və "Ford" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və "Mercedes-Benz"in sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Fərman Nurlan oğlu Əliyevi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər