Kriminal

Goranboyda iki nəfər bıçaqlandı

11 Dec 2025, 08:50 1 baxış
Goranboyda iki nəfər bıçaqlandı
Goranboyda iki nəfər bıçaqlanıb. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Azad kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Adil Məmmədov və 1994-cü il təvəllüdlü Vüsal İsmayılov bıçaq xəsarətləri ilə Abbas Səhhət adına Gəncə Şəhər Xəstəxanasına yerləşdiriliblər. A.Məmmədovun vəziyyəti ağır, V.İsmayılovun vəziyyəti orta ağır olaraq qiymətləndirilir. İlkin məlumata görə, hadisəni onların qonşusu, 2003-cü il təvəllüdlü İlkin Cəfərovun törətdiyi ehtimal olunur. Faktla bağlı araşdırma başlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər