Dünya

Boliviyanın sabiq prezidenti saxlanıldı

11 Dec 2025, 01:00 1 baxış
Boliviyanın sabiq prezidenti saxlanıldı
Boliviyanın sabiq prezidenti Luis Arse saxlanılıb. Oxu.Az xəbər verir ki, bunu keçmiş prezidentin dövründə nazir olmuş Mariya Nela Prada "Facebook"da canlı yayımda bildirib. Məlumata görə, Arse ölkənin keçmiş dövlət başçısı Evo Moralesin dövründə (2006-2019-cu illər) iqtisadiyyat naziri olarkən, Yerli Xalqların İnkişaf Fondundakı korrupsiya işinə dair istintaqla əlaqədar saxlanılıb. Qeyd edək ki, Arse 2020- 2025-ci illərdə Boliviyaya rəhbərlik edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər