Dünya

Yaponiyada güclü ZƏLZƏLƏ

10 Dec 2025, 19:54 1 baxış
Yaponiyada güclü ZƏLZƏLƏ
Yaponiyanın Honsü adasında 6.5 bal gücündə zəlzələ qeydə alınıb. Oxu.Az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri 220 min nəfərin yaşadığı Haçinohe şəhərindən 102 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağının dərinliyi 34 km olub. Zərərçəkənlər və dağıntılar haqqında məlumat daxil olmayıb. Sunami təhlükəsi elan olunmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər