Dünya
"Haber Global"da Suriyadakı son hadisələr müzakirə olundu: SDQ-yə qarşı əməliyyat nə zaman başlayır?
Türkiyənin "Haber Global" telekanalında ekspertlər ölkədə və dünyada baş verən önəmli siyasi proseslərə münasibət bildiriblər. Oxu.Az xəbər verir ki, verilişdə iştirak edən Bursa Texniki Universitetinin professoru Ali Burak Darıcılı Suriyada baş verən hadisələrlə bağlı maraqlı fikirlər səsləndirib. Proqramın digər qonağı, jurnalist Metehan Demir isə qlobal arenada, xüsusilə Qəzza zolağında baş verən olaylara diqqət yönəldib. Suriya Demokratik Qüvvələri (SDQ), Türkiyənin qonşu ölkədə hansı əməliyyatlar aparacağı da müzakirə mövzusu olub. Verilişdə səslənən fikirlərlə daha ətraflı "Haber Global"ın "You Tube" kanalından tanış olmaq mümkündür:
Mənbə
oxu.az