Dünya

Boliviya və İsrail diplomatik münasibətləri bərpa ediblər

10 Dec 2025, 12:44 1 baxış
Boliviya və İsrail diplomatik münasibətləri bərpa ediblər
Boliviya və İsrail diplomatik münasibətləri yenidən bərpa ediblər. Oxu.Az xəbər verir ki, bu barədə Boliviyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Boliviyanın xarici işlər naziri Fernando Aramayo Karrasko və israilli həmkarı Qideon Saar diplomatik münasibətlərin tam bərpa olunduğunu elan ediblər. Bu, çoxdankı dostluğun dirçəldilməsini göstərən tarixi bir addımdır", - deyə XİN-dən bildirilib. Qeyd edək ki, Boliviya dövləti Qəzza zolağındakı vəziyyətlə əlaqədar 2023-cü ilin oktyabrında İsraillə diplomatik əlaqələri dayandırmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər