Dünya

Maçado ona Nobel mükafatının veriləcəyi tədbirə qatılmayacaq

10 Dec 2025, 12:56 1 baxış
Maçado ona Nobel mükafatının veriləcəyi tədbirə qatılmayacaq
Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado Osloda keçiriləcək mükafatlandırma mərasimində şəxsən iştirak edə bilməyəcək. Oxu.Az xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsinin katibi Kristian Berq Harpviken NRK telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, nüfuzlu mükafatı laureatın qızı qəbul edəcək. O, Maçadonun özünün hazırladığı nitqlə çıxış etmək üçün tədbirdə səhnəyə çıxacaq. Harpviken bildirib ki, Maçado Norveçdə deyil və təyin olunan vaxtda mərasimdə iştirak edə bilməyəcək. O, Venesuela müxalifətinin liderinin tədbirə qatıla bilməməsindən təəssüfləndiyini də vurğulayıb. Qeyd edək ki, 2025-ci il Nobel Sülh Mükafatı Maçadoya verilib. O, Venesuela xalqının demokratik hüquqlarının müdafiəsi istiqamətində davamlı fəaliyyətinə görə nüfuzlu titula layiq görülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər