Dünya
Trampa yadplanetlilərin mövcudluğu barədə hesabatlar verilib
ABŞ Prezidenti Donald Trampa Yer kürəsində yadplanetlilərin və hibridlərin mövcudluğu barədə hesabatlar verilib. Oxu.Az xəbər verir ki, bu haqda "Daily Mail" nəşri ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan zabiti Devid Qruşa istinadən məlumat yayıb. Sabiq hərbçi hazırda Konqresin Naməlum Anomaliyalar üzrə İşçi Qrupunda məsləhətçi kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, Ağ Ev yadplanetlilərlə bağlı bütün məxfi məlumatları alıb. O bildirib ki, Trampa göyərtəsində yadplanetlilərin qalıqları olan qəzaya uğramış obyekt barədə də məlumat verilib. "İndiki ABŞ Administrasiyasının üzvləri bu faktları yaxşı bilirlər. Prezident əlbəttə ki, bu məsələlərdən xəbərdardır", - deyə sabiq hərbçi vurğulayıb.
Mənbə
oxu.az