Dünya

ABŞ-də ibtidai məktəb şagirdlərinə "Şaxta baba Obama" sürprizi

10 Dec 2025, 12:02 1 baxış
ABŞ-də ibtidai məktəb şagirdlərinə "Şaxta baba Obama" sürprizi
ABŞ-nin keçmiş prezidenti Barak Obama Çikaqo Xalq Kitabxanasında 27 ibtidai sinif şagirdinə sürpriz edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "CBS News" nəşri məlumat verib. Məlumata görə, Obama şagirdlərə tarixdə iz qoyan bir şəxsin hekayəsini təqdim edib. O, ABŞ aviasiya tarixində həm ilk qaradərili, həm də ilk yerli ABŞ-li qadın pilot lisenziyasını alan Bessi Kolemanın ilhamverici həyat hekayəsindən bəhs edən kitabı uşaqlarla paylaşıb. Başında qırmızı Şaxta baba (Milad baba) papağı ilə uşaqların qarşısına çıxan Obama şagirdlərlə gələcək hədəfləri barədə səmimi söhbət edib. Kiçik pərəstişkarların həvəslə hazırladıqları portretləri nəzərdən keçirən keçmiş prezident tədbirin sonunda şagirdlərə kitablar, qış papaqları və əlcəklər hədiyyə edərək onları sevindirib. Obama Fondundan verilən açıqlamaya görə, bu görüş 2026-cı ilin iyun ayında qapılarının açılması planlaşdırılan Obama Prezident Mərkəzinin nəzdindəki yeni Çikaqo Xalq Kitabxanasının bölməsində keçiriləcək təhsil proqramlarına ilkin baxış kimi qiymətləndirilir.
ABŞ-də ibtidai məktəb şagirdlərinə "Şaxta baba Obama" sürprizi
Mənbə oxu.az

Oxşar Xəbərlər