Dünya

ABŞ universitetinin yaxınlığında naməlum şəxs adamlara atəş açıb: Ölən və yaralananlar var

10 Dec 2025, 10:42 1 baxış
ABŞ universitetinin yaxınlığında naməlum şəxs adamlara atəş açıb: Ölən və yaralananlar var
ABŞ-nin Kentukki Universitetinin yataqxanasının yaxınlığında naməlum şəxs insanlara atəş açıb. Nəticədə bir tələbə ölüb, bir neçə nəfər yaralanıb. Oxu.Az-ın xəbərinə görə, ştatın qubernatoru Endi Beşir "X" hesabında hadisəni təsdiqləyib. "Biz Frankfortdakı Kentukki Universitetində baş verən atışmadan xəbərdarıq. Hazırda bir neçə zərərçəkənin olduğu məlumdur. Hadisə yerində hüquq-mühafizə orqanları işləyir, şübhəli həbs edilib. Zərərçəkən hər kəs üçün dua edək", - deyə qubernator yazıb. Hadisənin baş vermə səbəbi və zərərçəkənlərin vəziyyəti ilə bağlı hələlik açıqlama verilməyib.
ABŞ universitetinin yaxınlığında naməlum şəxs adamlara atəş açıb: Ölən və yaralananlar var
Mənbə oxu.az

Oxşar Xəbərlər