Kriminal

Hacıqabulda üçotaqlı ev yanıb

10 Dec 2025, 10:48 1 baxış
Hacıqabulda üçotaqlı ev yanıb
Hacıqabul rayonunda ev yanıb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, rayonun Atbulaq kəndində ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 150 m² sahədə yanıb. Qeyd olunub ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər