Kriminal
Lerikdə sürücüsüz maşın qəfil hərəkət etdi, sərnişin öldü
Lerikdə bədbəxt hadisə nəticəsində bir nəfər ölüb. Oxu.Az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Lerik rayonunun Tikaband kənd sakini, Akif Ağacanov idarə etdiyi "Niva" markalı maşını Dico kəndində yol kənarında saxlayıb. Sonra özü maşından düşüb. Bu vaxt minik maşını qəfildən hərəkət edərək dərəyə aşıb. Hadisə nəticəsində maşında sərnişin olan sürücünün bacısı, 1973-cü il təvəllüdlü Yeganə Ağacanova dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Əli Məmmədov
Mənbə
oxu.az
Oxşar Xəbərlər