Dünya

Yaponiyadakı zəlzələ 9 sm yerdəyişməyə səbəb oldu

10 Dec 2025, 06:16 1 baxış
Yaponiyadakı zəlzələ 9 sm yerdəyişməyə səbəb oldu
Yaponiyanın şimalındakı Aomori prefekturası sahillərində baş verən güclü zəlzələ episentr bölgəsində yer qabığının təxminən 9 santimetr hərəkət etməsinə səbəb olub. Oxu.Az xəbər verir ki, ölkənin Geoloji İnformasiya İdarəsindən bildiriblər. "Episentr zonasına yaxın Xiqasi-dori 2" elektron geodeziya məntəqəsində şərqə doğru təxminən 9 santimetr tərpənmə qeydə alınıb", - idarənin rəsmi saytında bildirilib. Qeyd edək ki, bir neçə gün əvvəl Yaponiyanın şimalında 7.6 bal gücündə zəlzələ baş verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər