Dünya

ABŞ sakini darıxdığı üçün lotereya aldı, 700 min dollara yaxın mükafat uddu

10 Dec 2025, 03:04 1 baxış
ABŞ sakini darıxdığı üçün lotereya aldı, 700 min dollara yaxın mükafat uddu
ABŞ sakini Metyu Şepard darıxdığı üçün 5 dollarlıq lotereya bileti alıb və böyük məbləğdə pul udub. Oxu.Az "People" nəşrinə istinadən xəbər verir ki, o, rəqəmsal lotereyada cekpotu qazanıb. "Mən sadəcə olaraq canım sıxıldığı, vaxtımı öldürmək üçün lotereya aldım. Cekpotu udanda "Bu, ola bilməz" deyə düşündüm", - deyə Metyu bildirib. Şanslı amerikalı vergiləri ödədikdən sonra evinə 700 min dollara yaxın pul aparıb. Nəşr belə bir oyunda qalib gəlmək şansının 10 milyonda bir olduğunu hesablayıb. Şepard böyük məbləğdə uduşdan ilk olaraq yeni yük maşını almağı planlaşdırdığını deyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər