Kriminal
Gəncədə şagirdlər dönərdən zəhərləndilər
Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhəri, Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər. 7 nəfər şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az