Dünya
Tailand-Kamboca sərhədində döyüşlər: Ölən və yaralananlar var
Kamboca sərhədində gedən döyüşlər zamanı Tailand hərbçiləri arasında ölənlərin sayı 4-ə çatıb, 68 nəfər yaralanıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Tailand Quru Qoşunları məlumat verib. Məlumata görə, Kamboca qüvvələri 61 nəfər itki verib. Bildirilib ki, Kamboca bir neçə gün ərzində Tailand ərazisinə təxminən 5 000 BM-21 raket sistemi mərmisi atıb, həmçinin Tailand bazalarına və mövqelərinə qarşı 33 kamikadze-drondan istifadə edib.
Mənbə
oxu.az