Dünya
Gümüşün qiyməti üç faizdən çox artaraq tarixi maksimumu yenilədi
2026-cı ilin mart ayında çatdırılacaq gümüş füçerslərinin qiyməti Trua unsiyası üçün 60 dolları keçərək bütün zamanların ən yüksək həddinə çatıb. Oxu.Az bu barədə "Comex" birjasının (Nyu-York Ticarət Birjasının bölməsi) məlumatlarına istinadən xəbər verir. Məlumata görə, ticarət sessiyası zamanı qiymətli metalın dəyəri qiyməti 3.21% artaraq Trua unsiyası üçün 60.28 dollara çatıb. Bahalaşmanın davam edəcəyi istisna edilmir.
Mənbə
oxu.az