Kriminal

Qusarda ağır qəza: 4 nəfər yaralandı

09 Dec 2025, 19:28 1 baxış
Qusarda ağır qəza: 4 nəfər yaralandı

Dekabrın 9-u axşam saatlarında Qusar rayonunun Hil kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az xəbər verir ki, "ZİL" markalı yük maşını ilə “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ağır xəsarət alıb.


Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Onlardan 3-ü kişi, 1-i qadındır.


Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir, onların müalicəsi davam etdirilir.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər