Dünya
İsveçrədə "Lego"dan dünyanın ən böyük freskasını hazırladılar
İsveçrədə "Lego" konstruktorundan dünyanın ən böyük freskasını yığdılar. Oxu.Az xəbər verir ki, məlumatı UPI yayıb. İverdon-le-Ben şəhərində qeyri-adi xeyriyyə marafonu keçirilib: iştirakçılar 300 min "Lego" kərpicindən dünyanın ən böyük freskasını hazırlayıblar. Əsərin uzunluğu təxminən 24, hündürlüyü 2 metrdir. Orada Şimali Vo yerli bölgəsinin görməli yerləri əksini tapıb. Freska nadir genetik xəstəliklərdən əziyyət çəkən şəxslər üçün maliyyə toplamaq məqsədilə təşkil olunan telemarafonun bir hissəsi olub. Hazırda konstruksiyanı yoxlama üçün göndəriblər, nəticə müsbət olarsa, əsər Ginnesin rekordlar kitabına daxil ediləcək.
Mənbə
oxu.az