Kriminal
Bakıda 59 yaşlı kişi küçədə öldü
Bakıda küçədə ölüm hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. 1966-cı il təvəllüdlü Surxay Hüseynovun küçədə qəfil halı pisləşib. O, hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, S.Hüseynov ürək çatışmazlığından dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Samir Əli
Mənbə
oxu.az
Oxşar Xəbərlər