Dünya

ABŞ-nin Ermənistandakı səfiri: "Tramp marşrutu" layihəsi üzrə işçi qruplar ilin sonundək ilk iclaslarını keçirəcəklər"

09 Dec 2025, 16:44 1 baxış
ABŞ-nin Ermənistandakı səfiri: "Tramp marşrutu" layihəsi üzrə işçi qruplar ilin sonundək ilk iclaslarını keçirəcəklər"
"Memorandumların və "Trampın Beynəlxalq Rifah və Sülh Marşrutu" (TRIPP) layihəsinin icrasına rəhbərlik edəcək işçi qruplar artıq formalaşıb və ilin sonuna qədər ilk görüşlərini keçirəcəklər". Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin İrəvandakı səfiri Kristina Kvin deyib. "Biz Ermənistan hökuməti ilə "Trump marşrutu" proqramının və anlaşma memorandumunun hazırlanması və həyata keçirilməsi üçün strukturların yaradılması üzərində işləyirik. TRIPP-in planlaşdırılması və həyata keçirilməsinə rəhbərlik etmək üçün erməni-amerikalı strukturu formalaşır. ABŞ Prezidenti Donald Trampın avqustun 8-də keçirilən sammitdə və Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul etməsi münasibətlərimizdə geridönüş nöqtəsi oldu. Biz onilliklər ərzində tərəqqiyə mane olan məsələləri uğurla həll etdik ki, bu da Mərkəzi Asiyadan Qərbi Avropaya qədər ölkələrin xeyrinə olacaq. ABŞ Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını və ratifikasiyasını qətiyyətlə dəstəkləyir və biz bu məqsədə nail olmaq üçün çalışmaqda davam edəcəyik" - diplomat bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər