Digər

“Botokslu Sara xatun” tənqid edildi - Kinoşünasdan cavab

09 Dec 2025, 15:25 1 baxış
“Botokslu Sara xatun” tənqid edildi - Kinoşünasdan cavab

Türkiyənin “Mehmet: Fəthlər sultanı” serialında Uzun Həsənin anası Sara xatun obrazını canlandıracaq aktrisa Səlma Günerini izləyicilər tənqid atəşinə tutub. Üzünə botoks etdirmiş aktrisanın Sara xatun rolunu oynaması birmənalı qarşılanmayıb.


Sözügedən mövzuyla bağlı Kult.az-a açıqlama verən kinoşünas Sevda Sultanova bildirib ki, öz peşəsinə hörmət edən aktrisa hər hansısa üz əməliyyatı keçirməməlidir.


Onun sözlərinə görə, aktyorun siması onun başlıca alətidir:


“Aktrisa üçün estetik əməliyyat etdirmək peşəkarlıq məsələsidir. Təəssüf ki, bizdə də, xarici ölkələrdə də bunu edirlər. Məşhur ispan rejissoru Pedro Almodovar deyir ki, təbii üz ifadələri olan aktrisa tapa bilmirəm. Dünya şöhrətli aktrisalar – Meril Strip, Culiya Roberts estetik əməliyyatlardan imtina ediblər.


Təəssüf ki, aktyorlar da üzlərinə müxtəlif prosedurlar edir. Öz işinə hörmət edən rejissor da belə aktyor və aktrisalarla işləməməlidir. Çünki film aktyorlar üzərində qurulur”.


“Botokslu Sara xatun” tənqid edildi - Kinoşünasdan cavab
Mənbə axar.az

Oxşar Xəbərlər