Dünya
Litvada Belarus şarlarına görə fövqəladə vəziyyət elan olundu
Litva hökuməti ölkənin hava məkanını pozan Belarus hava şarlarına görə fövqəladə vəziyyət elan edib. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. "Dekabrın 9-da Belarus qaçaqmalçı hava şarlarının yaratdığı ictimai təhlükəsizlik səbəbindən fövqəladə vəziyyət elan edib", - deyə xəbərdə bildirilib. Nəşrin məlumatına görə, Litva hökuməti Belarus dövlətini sərhəddən qaçaqmal siqaret daşınması üçün meteozondlardan istifadə etməyə icazə verməkdə ittiham edir. Bu səbəbdən Vilnüs hava limanının bir neçə dəfə öz fəaliyyətini dayandırmağa vadar edib.
Mənbə
oxu.az