Dünya
Üç kosmonavtın olduğu Rusiyanın "Soyuz MS-27" kosmik gəmisi Qazaxıstana eniş edib
Rusiyanın göyərtəsində üç kosmonavtın olduğu "Soyuz MS-27" kosmik gəmisinin eniş aparatı Qazaxıstanın Jezkazqan şəhəri yaxınlığında eniş edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Roskosmos" dövlət korporasiyası özünün "Telegram" kanalında məlumat verib. "Bu gün Moskva vaxtı ilə saat 8:04-də (Bakı vaxtı ilə saat 9:04-də) kosmonavtlar Sergey Rıjikov, Aleksey Zubritski və Conatan Kimin göyərtəsində olduğu "Soyuz MS-27" kosmik gəmisinin eniş aparatı Jezkazqan şəhəri yaxınlığında eniş edib", - deyə məlumatda bildirilib. Qeyd edək ki, daha əvvəl Rıjikov, Zubritski və Kimi daşıyan pilotlu kosmik gəminin Beynəlxalq Kosmik Stansiyadan ayrıldığı bildirilmişdi.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az