Dünya

Yaponiya Kiyev üçün dondurulmuş Rusiya aktivlərinin istifadəsindən imtina etdi

09 Dec 2025, 10:26 1 baxış
Yaponiya Kiyev üçün dondurulmuş Rusiya aktivlərinin istifadəsindən imtina etdi
Yaponiya Avropa İttifaqının Ukraynaya kömək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə planına qoşulmaq təklifini rədd edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat verib. İki avropalı diplomat nəşrə bildirib ki, Yaponiya Ukraynaya kredit vermək üçün öz ərazisindəki təxminən 30 milyard dollar dəyərində dondurulmuş Rusiya aktivlərindən istifadə edə bilməyəcəyini "aydın şəkildə ifadə edib". Nəşr qeyd edib ki, Tokionun qərarı blokun bu təşəbbüsə beynəlxalq dəstək ümidlərini məhv edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər