Dünya

Yaponiyada baş verən güclü zəlzələ nəticəsində azı 30 nəfər xəsarət alıb

09 Dec 2025, 09:16 1 baxış
Yaponiyada baş verən güclü zəlzələ nəticəsində azı 30 nəfər xəsarət alıb
Dekabrın 8-nə keçən gecə Yaponiyanın şimalında baş verən 7.5 bal gücündə zəlzələ nəticəsində ən azı 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Oxu.Az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi jurnalistlərə bildirib. O vurğulayıb ki, hazırda ölən və itkin düşənlər barədə məlumat yoxdur. "İnsanların normal gündəlik həyatlarını davam etdirmələrini, lakin daha güclü zəlzələlər zamanı dərhal təxliyəyə hazır olmalarını istəyirik", - deyə baş nazir bildirib. Xatırladaq ki, Yaponiyanın şimalındakı Aomori bölgəsində güclü zəlzələ baş verib. Zəlzələnin episentri Sakit okeanda, ocağı 50 kilometr dərinlikdə yerləşib. Zəlzələlərdən sonra ölkənin şərq və şimal-şərq sahilləri üçün sunami xəbərdarlığı olunub. Seysmoloqlar üç metr hündürlüyünə çatan dalğaların Aomori, İvate və Hokkaydo bölgələrinin sahil ərazilərinə çata biləcəyi barədə xəbərdarlıq ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər