Dünya

Çində keçmiş şirkət rəhbəri edam edildi

09 Dec 2025, 09:32 1 baxış
Çində keçmiş şirkət rəhbəri edam edildi
Çin hakimiyyəti dövlətə məxsus "China Huarong International" maliyyə şirkətinin keçmiş baş direktoru Bay Tyanxueyu haqqında ölüm hökmünü icra edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib. Maliyyəçi 1.1 milyard yuan (260 milyon manatdan çox - red.) məbləğində rüşvət aldığına görə edam edilib. 2024-cü ilin mayında Tyantszin məhkəməsi Bay Tyanxueyunu korrupsiyada təqsirli bilərək, edam cəzasına məhkum edib. Onun keçmiş rəhbəri Lay Syaomin 2021-ci ildə oxşar cinayətlərə görə edam edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər